Whatsapp:(+994) 707703113info@woow.az

WooW.az Onlayn Geyim Portalı

WOOW, 2015-ci ildə dünya modası ilə bir araya gətirmə missiyası ilə quruldu. Azərbaycan’da Nizami (Ticarət) küçəsində ELLE mağazasında satışa başlayan marka, Metropark və Park Bulvar AVM- lərdə ELLE mağazası ilə ayaqqabı mağazalarında yeni bir yer ayırdı. Çox tez zamandada ELLE moda həvəskarlarının diqqət mərkəzinə çevrildi.

ELLE kolleksiyaları iş həyatında aktiv rol oynayan və modernləşən Azərbaycan qadınlarının geyim vərdişlərini yenidən müəyyənləşdirdi; qadınları babet, makasin və postalla tanış etdi. Zaman keçdikcə platformalar, dizdən yuxarı çəkmələr, ipli səndəl modelləri ELLE kolleksiyalarına əlavə edildi. 

2019-ci ildə PERSPECTİVE markası ilə davam edən WOOW Azərbaycan qadınlarına modanın hər tərəfini görsədərək daha da yüksəlib. Modanı izləyən və tərzi olanlar üçün PERSPECTİVE həmişə müxtəlif kateqoriyalardakı geyim məhsulları, ayaqqabı və aksesuarlarla rahat və şık olmağa imkan verir. Sizi ziyafət geyimlərindən tutmuş xarici geyimlərə, aksesuarlardan ayaqqabılara qədər müxtəlif keyfiyyətli məhsullar ilə bir araya gətirir. Gündəlik həyatda, iş həyatında və ya dəvətnamələrdə parlaq olmağınıza imkan verən PERSPECTİVE, hər zaman trendi tutmağa və sizə ən uyğun olan geyim tərzinə sahib olmağa imkan verir.